Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Gürcüstana 7 milyon 2 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 milyon 643 min dollar və ya 2,1 dəfə azdır. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 14 milyon 645 min dollara bərabər olub.
Qeyd edək ki, birinci rübdə Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 6,2% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!