Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazının və mayeləşdirilmiş təbii qazın Aİ-yə idxalını qadağan etməyi təklif edəcək.
Banco.az xəbər verir ki, təklif Moskvanın Ukraynaya hücumundan sonra Aİ-nin ən böyük qaz təchizatçısı olan Rusiya ilə enerji əlaqələrinin necə qanuniləşdirilərək sona çatdırılacağını ortaya qoyacaq.
“Reuters”in əldə etdiyi Aİ Komissiyası daxilindəki xülasəyə görə, gözlənilən təklifə əsasən 1 yanvar 2026-cı ildən etibarən Rusiya boru kəməri qazı və LNG (mayeləşdirilmiş təbii qaz) idxalı qadağan ediləcək. Davam edən müqavilələr çərçivəsində isə 2026-cı il ərzində tədarüklərə icazə veriləcək.
Eyni zamanda təklifdə bəzi müqavilələr üçün daha uzun müddətlərə keçid dövrünün qanuniləşdirilməsi də nəzərdə tutulur. Bu baxımdan, 17 iyun 2025-dən sonra imzalanan qısamüddətli Rusiya qazı müqavilələri üçün 17 iyun 2026-cı ilə qədər bir illik keçid dövrü tanınacaq. Xülasədə, hazırda mövcud olan uzunmüddətli Rusiya qazı müqavilələri çərçivəsində idxalın 1 yanvar 2028-dən etibarən tamamilə qadağan olunacağı və bu tarixədək Aİ-nin faktiki olaraq Rusiya qazından istifadəni tamamilə dayandıracağı qeyd olunub. “TotalEnergies” və İspaniyanın “Naturgy” şirkətlərinin isə Rusiyayla 2030-cu illərə qədər qüvvədə olan LNG müqavilələri mövcuddur.
Bizi sosial şəbəkələrdən izləyin!!