Aİ Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırıb | Banco.az

Aİ Bolqarıstanın Avrozonaya daxil olmasına yaşıl işıq yandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2026-cı il yanvarın 1-dən Bolqarıstanda istifadə olunan valyuta avro olacaq.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) Bolqarıstan Mərkəzi Bankının qanunvericiliyi və ölkədəki inflyasiya səviyyəsi də daxil olmaqla bir sıra göstəriciləri qiymətləndirdikdən sonra, Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avro valyutasını qəbul etmək üçün bütün meyarları yerinə yetirdiyini bəyan edib.

ECB-nin Baş İqtisadçısı Filip Leyn verdiyi açıqlamada bildirib: “Bu müsbət yaxınlaşma qiymətləndirməsi, Bolqarıstanın 2026-cı il yanvarın 1-dən etibarən avroya keçməsinin və Avrozonaya qoşulan iyirmi birinci Aİ üzv dövləti olmasının yolunu açır.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram