Həyatın yaşam sığortasına yatırımlar 12%-dən çox artıb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 12%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında həyatın yaşam sığortası üzrə 559 milyon 512 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 12,2% və ya 60 milyon 984 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 141 milyon 733 min manat və ya 33,8% artaraq 561 milyon 647 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 498,5 milyon manata, ödənişlər isə 419,9 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram