İƏİT qlobal artım proqnozunu aşağı salıb | Banco.az

İƏİT qlobal artım proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İƏİT ticarət siyasətindəki qeyri-müəyyənlik səbəbindən qlobal iqtisadiyyat üçün bu il və 2026-cı il üçün artım proqnozunu 2,9 faizə endirib.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) "Qeyri-müəyyənliklə mübarizə, artımı stimullaşdırma" başlığı ilə İqtisadi Perspektivlər Hesabatını yayımlayıb.

Hesabata görə, son bir neçə ayda iqtisadi və ticarət siyasətləri ilə bağlı qeyri-müəyyənliklərdə əhəmiyyətli artım müşahidə olunub.
Bu kəskin artım iş dünyası və istehlakçı etimadını mənfi təsirləyir, həmçinin ticarət və investisiyalara təzyiq göstərməyə başlayır.

Bu çərçivədə İƏİT qlobal iqtisadi artımla bağlı proqnozunu aşağıya doğru yeniləyib.
Təşkilatın bildirdiyinə görə, qlobal iqtisadiyyat ötən il 3,3% böyüdükdən sonra, 2025 və 2026-cı illərdə artımın 2,9% olacağı proqnozlaşdırılır.

İƏİT-in mart ayında yayımladığı aralıq İqtisadi Perspektivlər Hesabatında isə 2025-ci il üçün 3,1%, 2026 üçün isə 3% artım proqnozlaşdırılmışdı.

İqtisadi yavaşlamanın əsasən ABŞ, Kanada və Meksika kimi ölkələrdə daha çox hiss olunacağı, Çin və digər ölkələrdə isə nisbətən məhdud zəifləmə olacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram