"Kia" bu ölkədə 55 mindən çox avtomobili geri çağırır | Banco.az

"Kia" bu ölkədə 55 mindən çox avtomobili geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

Cənubi Koreyanın "Kia" avtomobil konserninin Rusiya nümayəndəliyi Rusiyada 2010-2016-cı illərdə satılan "Kia Sorento" (XM), "Soul" (AM), "Cerato" (TD) modellərini geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd edilib.

"Mühərrik bölməsində yerləşən hidravlik elektron idarəetmə blokunun (HECU, ABS blokunda yerləşir) çap elektron lövhəsində qısaqapanma ola bilər", - idarənin məlumatında deyilir.

Geri çağırılan bütün avtomobillərdə iki qoruyucu olacaq və qoruyucu qutunun qapağındakı düzgün stikerlər pulsuz dəyişdiriləcək.

Şirkət zərər çəkmiş avtomobil sahiblərini geri çağırma kampaniyası barədə məktub və ya telefonla məlumatlandıracaqlar.

Qeyd edək ki, keçən həftə Cənubi Koreyanın "Hyundai" avtomobil istehsalçısının nümayəndəliyi eyni səbəbdən geri çağırma kampaniyası elan etdi.

Geri çağırılma 2010-2025-ci illərdə satılan "Grandeur", "Genesis Coupe", "Grand Santa Fe", "Veloster", "i402, "Solaris","SantaFe" modellərinin "Hyundai" avtomobillərini əhatə edib.