Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 9%-dək azalıb | Banco.az

Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 9%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-aprel aylarında Türkiyəyə 187 milyon 678 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 17 milyon 623 min dollar və ya 8,6% azdır. 

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 205 milyon 301 min dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (321,4 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram