Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını artırıb | Banco.az

Azərbaycan Qazaxıstana qeyri-neft məhsullarının ixracını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 8 milyon 655 min dollar və ya 73,8% artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilk 3 ayda Qazaxıstana qeyri-neft ixracının dəyəri 20 milyon 386 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 11 milyon 731 min dollar olub. 

Qeyd edək ki, birinci rübdə Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 771 milyon 915 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram