Aİ "TikTok"u 530 milyon avro cərimələyib | Banco.az

Aİ "TikTok"u 530 milyon avro cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı Aİ "TikTok"u 530 milyon avro cərimələyib.

Banco.az xəbər verir ki, Avropa İttifaqında (Aİ) şəxsi məlumatların qorunmasına cavabdeh qurum olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) “TikTok” platformasına qarşı aparılan araşdırmanın yekunlaşdırıldığını açıqlayıb.

Araşdırmanın mövzusu – “TikTok”un Avropadakı istifadəçilərinin şəxsi məlumatlarını Çinə ötürməsi və bu prosesin Aİ qanunvericiliyinə uyğun olub-olmaması idi. DPC həmçinin istifadəçilərə kifayət qədər məlumat verilib-verilmədiyini və şəffaflıq tələblərinə əməl olunub-olunmadığını araşdırıb.

Nəticə: TikTok-un Avropa İttifaqının Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğu müəyyən edilib. Bu səbəbdən şirkətə 530 milyon avro məbləğində cərimə tətbiq olunub və faəliyyətlərini 6 ay ərzində Aİ qanunları ilə uyğunlaşdırması əmr edilib.

Bu, “TikTok”un aldığı ilk cərimə deyil. 2023-cü ildə də DPC şəxsi məlumatların qorunmasına dair pozuntular səbəbilə şirkətə 345 milyon avro cərimə kəsmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram