İstanbulda inflyasiya səviyyəsi sürətlənib | Banco.az

İstanbulda inflyasiya səviyyəsi sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda inflyasiya səviyyəsi sürətlənib.

Banco.az xəbər verir ki, İstanbulda aprel ayında əvvəlki ayla müqayisədə pərakəndə qiymətlər 3,21%, topdansatış qiymətləri isə 1,46% artıb.

İstanbul Ticarət Palatası (İTO) İTO 2023=100 baza əsaslanan İstanbul İstehlak Qiymətləri İndeksi və Topdan Əmtəə Qiymətləri İndeksi üzrə aprel ayı göstəricilərini açıqlayıb.

Buna görə, şəhərdə pərakəndə qiymət dəyişikliklərini göstərən İTO İstanbul İstehlak Qiymətləri İndeksi 3,21% topdansatış qiymətlərini əks etdirən Topdan Əmtəə Qiymətləri İndeksi isə 1,46% artıb.

İstanbulda baş verən qiymət dəyişikliklərini əks etdirən İTO İstanbul İstehlak Qiymətləri İndeksi, aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 47,21% artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram