Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci rübündə Azərbaycan 65.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 46.7 milyon dollar və ya 3.5 dəfə artıb.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Məlumata görə, təkcə mart ayında ixrac edilən qızılın dəyəri 25 milyon dollar olub ki, bu da ötən ilin martına nisbətən 13.3 milyon dollar və ya 2.1 dəfə artım deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!