Azərbaycanda minik avtomobili istehsalı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanda minik avtomobili istehsalı 2 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1 302 ədəd minik avtomobili istehsal edilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 2,1 dəfə artıb.

Cari ilin aprelin ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 134 ədəd təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında ölkəyə 20 946 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram