Azərbaycanın Rumıniyaya neft ixracından qazancı 2 dəfədən çox artıb | Banco.az

Azərbaycanın Rumıniyaya neft ixracından qazancı 2 dəfədən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rumıniya 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 224 milyon 820 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Rumıniyanın idxal etdiyi neftin həcmi isə 403 min 928 ton təşkil edib.

Rumıniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 3 ayına nisbətdə 132 milyon 525 min dollar və ya 2,4 dəfə, miqdarı isə 2,4 dəfə artıb.

Qeyd edək ki, yanvar-mart aylarında ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (3.1 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram