Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan ümumi dövlət xidmətləri xərclərini 17 %-dən çox azaldıb

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsində ümumi dövlət xidmətləri xərcləri 98,1 % və yaxud 1 milyard 32,3 milyon manat icra olunub.

 Bu barədə Maliyyə Nazirliyi məlumat verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % və yaxud 540,6 milyon manat azdır.

Hesabat dövründə ümumi dövlət xidmətləri xərcləri faktiki xərclərin 12,7 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin dövlət büdcəsindən ümumi dövlət xidmətləri xərcləri üçün 5 milyard 261,7 milyon manat ayrılması nəzərə tutulub.