Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-mart aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 749,4 kiloqramı qızılın, 1 135,9 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,3%, gümüş istehsalı isə 35,3% artıb.
Aprelin 1-nə olan vəziyyətə əsasən, ölkədə 100,1 kiloqram hazır qızıl, 685,9 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!