Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoinin qiyməti kəskin şəkildə bahalaşıb.
Banco.az xəbər verir ki, bitkoin, ethereum və digər kriptovalyutalar,ABŞ-da son açıqlanan inflyasiya göstəricilərinin gözləntilərdən aşağı olması fonunda güclü bir yüksəliş qeyd edib.
Bitkoin bununla 7,5 faiz artaraq 82 min dollar səviyyəsinə yüksəlib. Ethereum 1.600 dollara qədər bahalaşıb, solana isə 11 faiz artaraq 114 dollara yaxınlaşıb. İnflyasiyadakı azalma investorların ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimi ehtimalını yenidən qiymətləndirməsinə səbəb olub.
Bu göstəricilər Prezident Donald Trampın son dövrlərdəki tarif siyasətləri ilə bağlı verdiyi yumşalma siqnallarından sonra açıqlanıb. Tramp Çin məhsullarına tətbiq edilən tarifləri 125 faizə qədər yüksəltsə də, digər ölkələrə yönəlik bəzi artımları 90 gün təxirə salmaq qərarı verərək bazarları qismən rahatladıbı. Bu da ticarətlə bağlı durğunluq narahatlıqlarının bir qədər azalmasına töhfə verib.
Fed-in 2 faizlik inflyasiya hədəfi hələ də ödənilmir, lakin son iki aylıq inflyasiya azalması tendensiyası mərkəzi bankın qarşıdakı aylarda daha yumşaq bir mövqe tutacağına dair gözləntiləri artırır. Bu mühit isə faiz gəliri olmayan və risk iştahından asılı olan kriptovalyutalar üçün dəstəkləyici olmağa davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!