Bakıda ictimai iaşə dövriyyəsi 22% artıb | Banco.az

Bakıda ictimai iaşə dövriyyəsi 22% artıb

Bu ilin yanvar-fevral ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 220,9 milyon manat olub.

Bu barədə  Bakı Statistika İdarəsindən bildirilib.

    Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

    Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 163,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 74%-ni təşkil edib.