Çində yeni evlərin qiymətləri 21 aydır ucuzlaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çində yeni evlərin qiymətləri 21 aydır ucuzlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində yeni evlərin qiymətləri 21 aydır ucuzlaşır.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun açıqladığı mənzil qiymət indeksi göstəricilərinə görə, 2025-ci ilin fevral ayında ölkədəki böyük və orta ölçülü 70 şəhərdə yeni mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,8%, ikinci əl mənzillərin qiymətləri isə 7,5% azalıb.

Yeni mənzil qiymətləri "birinci nəsil şəhərlər" kimi təsnif edilən Pekin, Şanxay, Quançjou və Şençjendə illik 3%, "ikinci nəsil" sayılan 31 iri şəhərdə 4,7% və "üçüncü nəsil" kimi müəyyən edilən 35 orta ölçülü şəhərdə isə 5,9% enib.

İkinci əl mənzil qiymətləri isə illik müqayisədə birinci nəsil şəhərlərdə 4,9%, ikinci nəsil şəhərlərdə 7,4% və üçüncü nəsil şəhərlərdə 8% aşağı düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram