ABŞ-da ev təsərrüfatlarının aktivləri rekord həddə çatıb | Banco.az

ABŞ-da ev təsərrüfatlarının aktivləri rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının aktivləri ötən ilin son rübündə rekord həddə çataraq 169,4 trilyon dollara yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) 2024-cü ilin dördüncü rübünə dair "ABŞ-ın Maliyyə Hesabları" hesabatını yayımlayıb.

Hesabata görə, ölkədə ev təsərrüfatlarının və qeyri-kommersiya təşkilatlarının xalis aktivləri ötən ilin son rübündə 169,4 trilyon dollara yüksəlib.

Bu dövrdə rekord həddə çatan ev təsərrüfatlarının aktivləri əvvəlki rüblə müqayisədə 0,1%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 8,9% artıb.

ABŞ-da ev təsərrüfatlarının aktivləri 2024-cü ilin birinci rübündə 161,5 trilyon dollar, ikinci rübündə 164,4 trilyon dollar, üçüncü rübündə isə 169,2 trilyon dollar olub.

Ötən ilin son rübündə səhmlərin dəyəri 300 milyard dollar artdığı halda, daşınmaz əmlakın dəyəri 400 milyard dollar azalıb.

Ev təsərrüfatlarının borcu isə ötən ilin dördüncü rübündə 3,1% artıb.

Həmin dövrdə istehlak kreditləri 2,6%, ipoteka (mənzil krediti) borcu isə 2,2% yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram