OPEC ölkələrində neft hasilatı azalacaq – PROQNOZ | Banco.az

OPEC ölkələrində neft hasilatı azalacaq – PROQNOZ

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 32,69 mln. barel olacağı proqnozlaşdırılır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 32,34 mln. barel olacaq. Qurumun fevral proqnozu 32,65 mln. barel idi. 

Əlavə edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 32,39 mln. olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram