Tramp: “ABŞ iqtisadiyyatı keçid dövründədir” | Banco.az

Tramp: “ABŞ iqtisadiyyatı keçid dövründədir”

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ iqtisadiyyatı keçid dövrünü yaşayır.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkə iqtisadiyyatının bir “keçid dövrü” içində olduğunu bildirərək tənəzzül ilə bağlı narahatlıqları arxa plana atıb.

“Fox News”un “Sunday Morning Futures” proqramında bu il tənəzzül gözləyib-gözləmədiyi soruşulduqda Tramp, “Belə proqnozlar verməyi sevmirəm. Hazırda genişmiqyaslı bir dəyişiklik prosesindən keçirik, buna görə də bir keçid dövrü yaşanır”, deyib.

Tramp tənəzzül ilə bağlı suala birbaşa cavab verməsə də, onun açıqlamaları ötən həftə Konqresdə etdiyi çıxış və Xəzinə Naziri Skott Bessent də daxil olmaqla administrasiya rəsmilərinin son açıqlamaları ilə üst-üstə düşür. Tramp administrasiyası gələcəkdə vergi endirimləri və tariflərdən əldə edilən gəlirlərin iqtisadiyyatı canlandıracağı fikrini müdafiə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram