Dubayın ən böyük bankı olan Emirates NBD öz müştərilərinə rəqəmsal valyuta əməliyyatlarına giriş imkanı verib.
Banco.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Liv-in rəqəmsal bölməsinin istifadəçiləri artıq öz proqramlarında kriptovalyutaları alıb sata bilərlər. Bu funksionallıq NBD-nin tərəfdaşlıq müqaviləsi bağladığı Aquanow şirkəti tərəfindən təmin edilir. Aquanow Dubayın Virtual Aktivləri Tənzimləmə Təşkilatı tərəfindən lisenziyaya malikdir.