Tramp kriptovalyuta ehtiyatı ilə bağlı sərəncam imzaladı | Banco.az

Tramp kriptovalyuta ehtiyatı ilə bağlı sərəncam imzaladı

ABŞ prezidenti Donald Tramp bitkoinlərin strateji kriptovalyuta ehtiyatının formalaşdırılması haqqında sərəncam imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Prezidentin elmi məşvərət komitəsinin həmsədri təyin edilmiş və ABŞ-ın süni intellekt və kriptovalyutalar üzrə siyasətinə cavabdeh olan investor David Sachs "X" sosial hesabında qeyd edib.

Məlumata görə, ehtiyat təxminən 200.000 bitkoindən ibarət ola bilər.

"Bir neçə dəqiqə əvvəl Prezident Tramp Bitkoin Strateji Ehtiyatının yaradılması haqqında sərəncam imzaladı. Ehtiyat, cinayət və ya mülki aktivlərin müsadirə edilməsi proseduru ilə müsadirə edilmiş federal hökumət bitkoinlərindən ibarət olacaq. Bu o deməkdir ki, bu, vergi ödəyicilərinə bir qəpik də başa gəlməyəcək", - Sachs bildirib.