"Kanada və Meksikadan idxala vergi bu gündən başlayır" | Banco.az

"Kanada və Meksikadan idxala vergi bu gündən başlayır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən məhsullara bu gündən etibarən 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında gündəmdəki sualları cavablandırıb.

“Honda”-nın gömrük rüsumlarından yayınmaq üçün “Civic”in yeni modelini Meksika əvəzinə ABŞ-ın İndiana ştatında istehsal edəcəyinə dair xəbərlə bağlı suala cavab olaraq Tramp “Honda”nın ölkədə istehsal edəcəyini və bu kimi açıqlanacaq bir çox başqa şirkətlərin də olduğunu bildirib.

Tramp qarşılıqlı gömrük rüsumlarının 2 aprel tarixində başlayacağını xatırladaraq, "Lakin daha vacibi odur ki, sabah Kanada və Meksikaya 25 faiz gömrük rüsumu tətbiq olunmağa başlayacaq" deyib.

Avtomobil şirkətləri və digər firmaların etməli olduğu şeyin fabriklərini ABŞ-da qurmaq olduğunu vurğulayan Tramp bu halda gömrük rüsumunun tətbiq edilməyəcəyini qeyd edib.

Tramp, "Kanadada və ya Meksikada avtomobil fabriki açmaq istəyənlərə demək istəyirəm ki, bunu burada etmələri daha yaxşı olar, çünki ən çox satış etdikləri bazar bizik" ifadələrini işlədib.

Gömrük rüsumları ilə bağlı Kanada və Meksika ilə gecə yarısına qədər bir razılaşmanın əldə edilib-edilməyəcəyi barədə suala cavab olaraq Tramp rüsumların hazır olduğunu və sabah qüvvəyə minəcəyini bir daha vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram