ABŞ prezidenti Çin mallarına rüsumları 20%-ə qaldırdı | Banco.az

ABŞ prezidenti Çin mallarına rüsumları 20%-ə qaldırdı

ABŞ prezidenti Çin mallarına rüsumları 20%-ə qaldırıb.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Pekinin ABŞ-a narkotik axınının qarşısını almaq üçün adekvat tədbirlər görmədiyini deyib.

"ÇXR-nin narkotik ticarəti böhranının təsirlərini yumşaltmaq üçün adekvat addımlar atmamasını nəzərə alaraq, 14195 saylı İcra Sərəncamının 2(a) bəndinə "10%" sözləri vurularaq və yerinə "20%" sözləri əlavə edilməklə düzəliş edilir", - Tramp Ağ Evin yaydığı sərəncamda bildirib.

Sənədə əsasən, ABŞ administrasiyası hesab edir ki, Çin hökuməti fentanil də daxil olmaqla sintetik opioidlərin davamlı axınının qarşısını almaq üçün tədbirlər görməyib.

Qeyd olunur ki, Çindən narkotik axını milli təhlükəsizlik, xarici siyasət və ABŞ iqtisadiyyatı üçün fövqəladə təhlükə yaradır.