Müəllif: Tamara Mustafayeva, Banco.az
“Prada” təxminən 1,5 milyard avroya “Versace”ni almaq üçün danışıqların sonuna yaxınlaşır.
Banco.az xəbər verir ki, Milanda yerləşən lüks moda nəhəngi “Prada” “Versace”ni “Capri Holdings”dən təxminən 1,5 milyard avro (1,6 milyard dollar) müqabilində almaq üçün danışıqlarda son mərhələyə yaxınlaşır.
Adının açıqlanmasını istəməyən mənbələrə görə, iki şirkətin bu ay ərzində yekun razılaşmaya gəlməsi gözlənilir.
“Prada” və “Capri Holdings” “Versace” ilə bağlı aparılan ilkin araşdırmalarda hər hansı bir riskin olmadığını müəyyən etdikdən sonra danışıqları sürətləndirib. Lakin mənbələr razılaşmanın vaxtı və dəyərinin dəyişə biləcəyini, həmçinin danışıqların uğursuz olma ehtimalının da olduğunu bildirirlər.
“Capri Holdings” “Versace”ni 2018-ci ildə təxminən 1,8 milyard avroya almışdı. Əgər bu satış baş tutarsa, bu hadisə İtaliya moda sektorunda uzun müddətdir davam edən xarici satınalmaların əksinə bir dönüş yaradacaq və “Versace”ni yenidən İtaliya nəzarətinə qaytaracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!