Azərbaycanda KASKO sığortası bazarı 23% böyüyüb | Banco.az

Azərbaycanda KASKO sığortası bazarı 23% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2025-ci ilin yanvar ayında 5 milyon 616 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 42 min manat və ya 22,8% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 865 min manat və ya 56,7% artaraq 2 milyon 391 min manata çatıb. 2024-cü ilin yanvar ayında bu növ üzrə yığımların məbləği 4 milyon 574 min manat, ödənişlərin məbləği isə 1 milyon 526 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram