Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti 73,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,38 dollar (0,51%) aşağıdır. Cümə axşamı bu kontraktlar 1,51 dollar (2,1%) artaraq 74,04 dollar/barel olub.
Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,35 dollar (0,5%) ucuzlaşaraq bir barel üçün 70 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,73 dollar (2,5%) artaraq bir barel üçün 70,35 dollar təşkil edib.
Fevralda həm Brent, həm də WTI 2,5%-dən çox ucuzlaşıb.