2025-ci ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 487 milyon 159.3 min manata çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 145,014 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5.9% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 359,252 milyon manat (1.4% çox), aksizlər üzrə daxilolmalar 18,952 milyon manat (2.4% çox), yol vergisi üzrə daxilolmalar isə 3,939 milyon manat (16.2 çox) təşkil edib.