Müəllif: Tamara Mustafayeva, Banco.az
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar ayında xarici turistlərin sayı illik 6,06 faiz artıb.
Banco.az xəbər verir ki, 2025-ci ilin yanvar ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,06% artıb.
Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsindən əldə edilən müvəqqəti məlumatlara görə, 2025-ci ilin yanvar ayında Türkiyəni ziyarət edən əcnəbilərin sayı ötən ilin eyni ayına nisbətən 6,06% artaraq 2 milyon 171 min 118 nəfərə çatıb.
Məlumatlara əsasən, yanvar ayında ölkəyə gələn xarici turistlər ən çox İstanbul, Ədirnə, Antalya, Artvin və Hakkari şəhərləri vasitəsilə daxil olub.
Yanvar ayında Türkiyəyə ən çox turist göndərən ölkələr isə müvafiq olaraq İran, Rusiya, Bolqarıstan, Almaniya və Gürcüstan olub.
Bizi sosial şəbəkələrdən izləyin!!