Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycana 9 milyon 93 min ABŞ dolları dəyərində 4 min 91 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 7,2% azalıb, dəyəri isə 6,5% və ya 551 min dollar artıb.
Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycana 8 milyon 542 min dollar dəyərində 4 min 410 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!