2024-cü ildə Azərbaycandan keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon 258 min ton, yük dövriyyəsi isə 13 milyard 198,3 milyon ton-km olub, 2023-cü illə müqayisədə müvafiq olaraq 1,4 % və 2,5 % artım müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, ötən il Şərq-Qərb nəqliyyat dəhlizi ilə 16 milyon 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 322,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 896,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 984,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə isə 394,2 min ton yük daşınıb.
Yükdaşımanın 15 milyon 277,6 min tonu və yaxud 46 Z%-i dəmir yolu, 10 milyon 90,0 min tonu və yaxud 30,3 %-i avtomobil, 7 milyon 890,4 min tonu və yaxud 23,7 %-i dəniz nəqliyyatı ilə həyata keçirilib.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 %-ni və yaxud 18 milyon 840,1 min tonunu tranzit yüklər təşkil edib.