Azərbaycanın dövlət borcu ÜDM-in 21.7 faizini təşkil edib | Banco.az

Azərbaycanın dövlət borcu ÜDM-in 21.7 faizini təşkil edib

2025-ci il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat olub. Bu 2024-cü il üzrə 126.337,0 milyon manat məbləğində olan Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.

Bu barədə Maliyyə Nazirliyinin “2024-cü il üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində məlumat dərc olunub.

    Qeyd olunub ki, ümumi dövlət borcunun 8.720,5 milyon manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.