Dünya bazarlarında neft bahalaşmaqda davam edir | Banco.az

Dünya bazarlarında neft bahalaşmaqda davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,34% artaraq 1 barelə görə 76,13 ABŞ dolları təşkil edib.

Birja məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,28% artaraq 1 barelə görə 72,52 ABŞ dollarına bərabər olub.