Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

·        Xidmət/məhsul və müştəri qruplarının dövriyyəsinin, gəlirliliyinin təhlil olunması üçün müxtəlif analitik hesabatların hazırlanması;

·        Alternativ xidmət kanallarının, o cümlədən terminal şəbəkəsi, məsafədən bankçılıq və rəqəmsal bankçılıq xidmətlərinin səmərəliliyinin təhlili;

·        Müştəri davranışlarının təhlil olunması məqsədi ilə müxtəlif analitik hesabatların hazırlanması;

·        Aidiyyatı struktur bölmələrlə birlikdə müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin ölçülməsi;

·        Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və müvafiq şərtlərin mütəmadi Bank üçün səmərəliliyinin təhlili;

·        Bankın fəaliyyətinin müxtəlif sahələrini əhatə edən istiqamətlər üzrə təhlillər aparılması və analitik hesabatların hazırlanması;

·        Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;

·        Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili.

 

Tələblər

·        Magistr təhsilin olması;

·        Ən azı 2 il biznes analitikası sahəsində və ya bankda iş təcrübəsi;

·        Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

·        Analitik düşünmə qabiliyyəti;

·   Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı, SQL proqramlaşdırma dili üzrə biliklərin olması arzuolunandır;

·        Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;

·        Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;

·        İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

·        Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

Müraciət üçün daxil olun