Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi
Təsvir
· Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
· Bankın məhsul və xidmətlərinin təhlili;
· Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
· Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
· Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
Tələblər
· Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
· Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
· Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
· İngilis dili biliyi mütləqdir;
· Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
· BI və Data analitika bilikləri;
· Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
· Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
· Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· Analitik düşünmə və tədqiqat bacarığı;
· Yüksək qavrama və öyrənmə qabiliyyəti;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.