Yaponiyada ev təsərrüfatlarının xərcləri proqnozları üstələyib | Banco.az

Yaponiyada ev təsərrüfatlarının xərcləri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada ardıcıl dörd ay ərzində azalan ev təsərrüfatlarının xərcləri dekabr ayında artıb.

Banco.az xəbər verir ki, Yaponiyada dekabr ayında ev təsərrüfatlarının xərcləri 2024-cü ilin iyul ayından bəri ilk artımını qeydə alaraq real ifadədə illik 2,7% yüksəlib.

Yaponiya Statistika Bürosunun cümə günü yaydığı hesabata görə, ölkədə orta aylıq ev təsərrüfatı xərcləri dekabr ayında 352.633 yen (2.332 dollar) təşkil edib və əvvəlki illə müqayisədə nominal olaraq 7% artıb.

Bu göstərici iqtisadçıların 0,2%-lik proqnozunu əhəmiyyətli dərəcədə üstələyərək Yaponiya Mərkəzi Bankının növbəti faiz dərəcəsi artımına dair arqumentini gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram