Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi son 30 ilin ən aşağı səviyyəsinə enib | Banco.az

Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi son 30 ilin ən aşağı səviyyəsinə enib

Müəllif:Ayşən İmanova/Banco.az

Ötən il ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 3,5 milyard dollara enib ki, bu da 1992-ci ildən bəri ən aşağı göstəricidir. 

Banco.az xəbər verir ki, bu barədə Amerika statistika xidmətinin məlumatında deyilir.

Məlumata görə, 2024-cü ildə Rusiya Federasiyasından ABŞ-yə ixrac 3 milyard dollar, Amerikadan Rusiyaya tədarük isə 526 milyon dollara qədər azalıb. 

Ümumilikdə, il ərzində ticarət dövriyyəsi 32% azalaraq 3,5 milyard dollar təşkil edib.

Qeyd olunur ki, bu rəqəm yalnız 1992-ci ildə daha aşağı həddə çatıb - 2,6 milyard dollar.