Müəllif: Tamara Mustafayeva, Banco.az
İran: ABŞ-ın “OPEC” üzvlərinə qarşı sanksiyaları enerji bazarlarında sabitliyi pozur.
Banco.az xəbər verir ki, İranın enerji xəbər agentliyi SHANA-nın məlumatına görə, Neft naziri Paknejad Tehrana səfər edən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qeys ilə görüşüb.
Görüş zamanı Paknejad neft bazarının siyasətdən uzaq tutulmasının enerji təhlükəsizliyi baxımından "həyati" əhəmiyyət daşıdığını vurğulayıb və bildirib:
"Böyük neft istehsalçılarına qarşı birtərəfli sanksiyaların tətbiq edilməsi və “OPEC”ə təzyiq göstərilməsi neft və enerji bazarlarında açıq şəkildə qeyri-sabitliyə səbəb olur və qlobal istehlakçılara ziyan vurur."
ABŞ Prezidenti Donald Tramp isə İranın neft ixracını sıfıra endirməyi hədəfləyən "maksimum təzyiq" siyasətini dünən imzaladığı fərmanla yenidən başladacaqlarını elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!