Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 43.8 milyon dollar və ya 36% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2023-cü ildə qızıl ixracının ümumi dəyəri 121.5 milyon dollara bərabər olub.
Qeyd edək ki, təkcə dekabr ayında ixrac edilən qızılın dəyəri isə 19.5 milyon dollar təşkil edib. Bu isə 2023-cü ilin dekabr ayına nisbətən 6 milyon dollar və ya 44.4% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!