ABŞ Kanada, Meksika və Çinə yeni gömrük rüsumları tətbiq etməyə başladı | Banco.az

ABŞ Kanada, Meksika və Çinə yeni gömrük rüsumları tətbiq etməyə başladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ hökuməti Kanada və Meksikadan idxal edilən mallara 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən edilən idxalata əlavə gömrük rüsumu tətbiq olunmasını nəzərdə tutan fərman imzalayıb.

Ağ Evin bəyantında Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyi bildirilib.

Kanadadan idxal olunan enerji resurslarına isə daha aşağı – 10 faizlik tarifin tətbiq ediləcəyi qeyd olunub.

Bəyanatda bildirilir ki, ticarət Kanadanın ümumi daxili məhsulunun (ÜDM) 67 faizini, Meksikanın 73 faizini, Çinin isə 37 faizini təşkil edir. ABŞ-da isə bu göstərici cəmi 24 faizdir. Bununla belə, 2023-cü ildə ABŞ-ın 1 trilyon dollardan çox olan ticarət kəsiri dünyanın ən yüksək ticarət kəsiri olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram