“Meta” Trampa 25 milyon dollar təzminat ödəyəcək | Banco.az

“Meta” Trampa 25 milyon dollar təzminat ödəyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra “Facebook” və “Instaqram” sosial şəbəkələrində onun səhifələrinin bloklandığına görə “Meta” korporasiyasından 25 milyon dollar təzminat alacaq.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna daxil olacaq, qalan məbləğ isə məhkəmə xərclərinə yönəldiləcək. Nəşr bildirir ki, korporasiya öz günahını açıq şəkildə etiraf etməyəcək.

Xatırladaq ki, bundan əvvəl Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” şirkəti Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlamışdı.
Qeyd olunub ki, Zukerberq korporasiyasını yeni administrasiyanın mümkün zərbəsindən qorumaq üçün son il yarım ərzində Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.