Dünyanın texnologiya brendləri bu ölkəni tərk edir | Banco.az

Dünyanın texnologiya brendləri bu ölkəni tərk edir

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük texnologiya brendləri beynəlxalq sanksiyalar və ABŞ-nin təzyiqləri səbəbindən bir-birinin ardınca İranı tərk edir.

Banco.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı İran mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, iri texnologiya şirkətlərinin İran bazarından tədricən geri çəkilməsindən sonra, IBM, HP və “Apple” kimi nəhənglər də ölkədə fəaliyyətlərini məhdudlaşdırıb.

Bildirilib ki, bu günlərdə “Asus” və “Lenovo” kimi tanınmış texnologiya şirkətləri də İran bazarını tərk edərək aksiyaya qoşulublar.

İran Kompüter Texnologiyaları Assosiasiyasının rəhbəri Məhəmmədrza Fərəci Tehrani bu məlumatı təsdiqləyərək sanksiyaların ölkənin texnologiya bazarına ciddi təsirini vurğulayıb.
O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinlikləri qeyd edərək, İran şirkətlərinin problemi dolayı yollarla həll etməyə çalışdıqlarını bildirib.