Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən Macarıstan təxminən 19 milyard avro itirib | Banco.az

Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən Macarıstan təxminən 19 milyard avro itirib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyaları səbəbindən Macarıstan təxminən 19 milyard avro itirib.

Banco.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Son üç ilin rəqəmlərinə nəzər salsaq görərik ki, Macarıstan sanksiyalara görə təxminən 19 milyard avro itirib”, - o qeyd edib.

Aİ-nin yanvarın 31-dək Rusiya Federasiyasına qarşı sanksiyaların daha 6 ay uzadılması ilə bağlı qərar verməli olduğunu xatırladan Orban, Avropa ölkələrinin liderlərini bu siyasətin davam edib-etməməsinin lazım olduğunu düşünməyə çağırıb.

Bundan əvvəl bildirilmişdi ki, bu məsələyə yanvarın 27-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə baxılacaq.