Ötən il Azərbaycanla MDB ölkələri arasında 6 milyard 929 milyon 83 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% çoxdur.
Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 31,24%-ni təşkil edib.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 4 milyard 799 milyon 819 min ABŞ dolları (1 il əvvələ nisbətən 10,1% çox), Ukrayna ilə 459 milyon 619 min ABŞ dolları (29,9% çox), Türkmənistanla 383 milyon 713 min ABŞ dolları (50,4% az), Belarusla 506 milyon 171 min ABŞ dolları (41,9% çox), Qazaxıstanla 470 milyon 442 min ABŞ dolları (49,7% çox), Özbəkistanla 252 milyon 56 min ABŞ dolları (40,9% çox), Qırğızıstanla 40 milyon 64 min ABŞ dolları (38,3% az), Moldova ilə 10 milyon 100 min ABŞ dolları (34,3% az), Tacikistanla 7 milyon 93 min ABŞ dolları (15,8% çox) olub.
Bir ildə Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 2,73% artaraq 1 milyard 698 milyon 415 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 1 milyard 178 milyon 347 min ABŞ dolları (illik müqayisədə 1,5% az), Ukraynaya 177 milyon 242 min ABŞ dolları (49,4% çox), Türkmənistana 80 milyon 242 min ABŞ dolları (6,8% az), Belarusa 48 milyon 486 min ABŞ dolları (52,4% çox), Qazaxıstana 133 milyon 116 min ABŞ dolları (35,1% çox), Özbəkistana 40 milyon 340 min ABŞ dolları (14,3% az), Qırğızıstana 29 milyon 663 min ABŞ dolları (50% az), Moldovaya 5 milyon 122 min ABŞ dolları (50% az), Tacikistana 5 milyon 853 min ABŞ dolları (17% çox) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 6,40%, o cümlədən Rusiya 4,44%, Ukrayna 0,67%, Türkmənistan 0,30%, Belarus 0,18%, Qazaxıstan 0,50%, Özbəkistan 0,15%, Qırğızıstan 0,11%, Moldova 0,02%, Tacikistan 0,02% paya sahib olub.
Ötən il Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 9,7% artaraq 5 milyard 230 milyon 668 min ABŞ dolları təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 3 milyard 621 milyon 472 min ABŞ dolları (14,5% çox), Ukraynadan 282 milyon 377 min ABŞ dolları (20,09% çox), Türkmənistandan 303 milyon 471 min ABŞ dolları (55,9% az), Belarusdan 457 milyon 685 min ABŞ dolları (40,9% çox), Qazaxıstandan 337 milyon 326 min ABŞ dolları (56,4% az), Özbəkistandan 211 milyon 716 min ABŞ dolları (60,8% çox), Qırğızıstandan 10 milyon 401 min ABŞ dolları (84,4% çox), Moldovadan 4 milyon 978 min ABŞ dolları (3,05% az), Tacikistandan 1 milyon 240 min ABŞ dolları (10,4% çox) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 24,84%, o cümlədən Rusiya 17,20%, Ukrayna 1,34%, Türkmənistan 1,44%, Belarus 2,17%, Qazaxıstan 1,60%, Özbəkistan 1,01%, Qırğızıstan 0,05%, Moldova 0,02%, Tacikistan 0,01% paya sahib olub.