2024-cü ildə sığorta bazarının həcmi 1,4 mlrd. manata yaxınlaşıb.
Bunu Mərkəzi Bankın sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
O bildirib ki, 2024-cü ildə sığorta sektoru üzrə ümumi sığorta haqları 1 mlrd. 353 mln. manat, sığorta ödənişləri isə 753 mln. manat təşkil edib. Sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11%, sığorta ödənişləri isə 28% artıb. Sığorta haqlarının 75%-i könüllü, 25%-i isə icbari sığorta növlərinin payına düşür. Eyni zamanda, sığorta haqlarının 54%-ni həyat, 46%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib.
“Mərkəzi Bank tərəfindən atılan addımların və görülən işlərin sığorta bazarının inkişaf etdirilməsinə xidmət etdiyini nəzərə alaraq qeyd olunan göstəricilərin növbəti ildə də müsbət dinamika ilə inkişaf edəcəyini söyləmək mümkündür” – Vüsal Qurbanov əlavə edib.
apa