Fransada inflyasiya 1,8%-dək sürətlənib | Banco.az

Fransada inflyasiya 1,8%-dək sürətlənib

Müəllif:Ayşən İmanova/Banco.az

Fransada dekabr ayında Aİ standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri illik ifadədə 1,8% artıb.

Banco.az xəbər verir ki, bu barədə “Insee” Milli Statistika İdarəsinin yekun məlumatında deyilir. 

Beləliklə, noyabr ayındakı 1,7% ilə müqayisədə inflyasiya artıb.

Göstərici həm ilkin məlumatlar, həm də “Trading Economics” tərəfindən sorğuda iştirak edən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Fransa standartları ilə hesablanan istehlak qiymətləri dekabrda illik ifadədə 1,3%, noyabr ayı ilə müqayisədə isə 0,2% artıb. Bir ay əvvəl birinci göstəricidə 1,3% artım, ikincidə isə 0,1% azalma olub.

Fransada enerji qiymətləri ötən ilin dekabr ayı ilə müqayisədə 1,2% artıb (noyabrda -0,7%), xidmətlərin qiymətində artım 2,3%-dən 2,2%-ə düşüb. Ərzaq qiymətləri dəyişməyib (noyabrda +0,2%), sənaye məhsullarının maya dəyərinin azalması noyabrdakı 0,3%-dən 0,4%-ə qədər sürətlənib.

Ərzaq və enerji xərclərini nəzərə almayan əsas inflyasiya dekabrda bir ay əvvəl olan 1,5%-dən illik ifadədə 1,3%-ə enib.