“Volkswagen” bu modelinin istehsalını dayandırdı | Banco.az

“Volkswagen” bu modelinin istehsalını dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” ən dəbli modellərindən biri olan “Arteon”un istehsalını rəsmən dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə “motor.ru” məlumat yayıb.

Məlumata görə, şirkət 2023-cü ildən modelin istehsalını dayandırıb. Hazırda isə  sonuncu “Arteon Shooting Brake” universalı Almaniyanın Osnabrück şəhərindəki zavodda konveyerdən çıxarılıb.

Modelin satışlarının rəqabətli Çin bazarında , eləcə də Avropada zəif olduğu qeyd edilir.