BYD növbəti dəfə “Tesla”nı geridə qoydu | Banco.az

BYD növbəti dəfə “Tesla”nı geridə qoydu

Müəllif:Ayşən İmanova/Banco.az

BYD 2024-cü ilin dördüncü rübündə “Tesla”nı 20%-dən çox fərqlə geridə qoyaraq dünyanın ən böyük tam elektrikli avtomobil istehsalçısı oldu.

Banco.az xəbər verir ki, sözügedən dövr ərzində BYD müştərilərə 595,412 ədəd elektrikli avtomobil (BEV) çatdıraraq əvvəlki ildən 13,1% daha çox satış həyata keçirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, şirkət 918,556 ədəd plug-in hibrid elektrik avtomobili (PHEV) satıb ki, bu da bir il əvvəlkindən 120,7% daha çoxdur.

“Tesla”, öz növbəsində, dördüncü rüb ərzində dünya üzrə 495,570 avtomobil sataraq analitiklərin gözlədiyi 512,277 ədədi keçə bilməyib. Bu göstərici ötən illə müqayisədə 2,3%, 2024-cü ilin üçüncü rübü ilə müqayisədə isə 7,1% çoxdur.