Müəllif: Tamara Mustafayeva, Banco.az
Doqquz ölkə BRİKS-ə “tərəfdaş dövlət” statusu ilə qoşulacaq.
Banco.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Belarus, Boliviya, Kuba, İndoneziya, Qazaxıstan, Malayziya, Tailand, Uqanda və Özbəkistanın 2025-ci ilə qədər BRİKS-ə “tərəfdaş dövlətlər” olaraq qoşulacağını açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Kazanda keçirilən BRİKS sammitində ittifaq daxilində “tərəfdaş dövlət” statusunun yaradılması ilə bağlı razılığın əldə edildiyi xatırladılıb.
Bildirilib ki, eyni statusla iştirak üçün daha dörd ölkəyə dəvət göndərilib. 4 ölkənin qəbul etməsi halında BRİKS-in 2025-ci il müddətində prezidenti olan Braziliyanın müvafiq açıqlama verəcəyi bildirilib.
Qeyd edək ki, əvvəlcə Cənubi Afrikanı əhatə etməyən "BRIC" abbreviaturası ədəbiyyata 2001-ci ildə britaniyalı iqtisadçı Cim O'Neillin Braziliya, Rusiya, Hindistan və Çinin böyümə potensialını vurğulayan məqaləsindən sonra daxil olub. İttifaqın yaradılması isə 2009-cu ilə təsadüf edir və Rusiyanın təşəbbüsləri ilə ABŞ və Qərb ölkələrinin qlobal üstünlüyü ilə balanslaşdıran qeyri-rəsmi platformadır. Bir il sonra Cənubi Afrikanın dəvəti ilə birlik indiki adı olan BRİKS-i götürüb.
Bizi sosial şəbəkələrdən izləyin!!